Haqqımızda
Maliyyə Anlayışınızı Təkmilləşdirin
"Ekspert Finans Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyəti 30 yanvar 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Audit xidmətləri paketinə daxil olan bütün fəaliyyət sahələri üzrə müvafiq xidmətlərin yüksək səviyyədə göstərilməsinə təminat verir.
Fəaliyyətinin ilkin dövrlərində mühasibat uçotunun aparılması, konsaltinq xidmətlərinin göstərilməsi kimi fəaliyyət növləri ilə məşğul olan şirkət 26.09 2018-ci il tarixdən AR Auditorlar Palatasınının üzvüdür. 26.08.2018-ci il tarixli AT/18 saylı və 27.08.2023-cü il tarixli AT/168 saylı icazə (lisenziya) sənədləri əsasında fəaliyyətini davam etdirir.
Yeni maliyyə anlayışlarını kəşf edin
"Ekspert Finans Konsaltinq" şirkəti milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir. Məhz bu xüsusiyyətlər bizim şirkətini Azərbaycanda audit və konsaltinq sahəsində qabaqda gedənlər siyahısına daxil olmaq imkanını yaradıb. Audit və konsaltinq xidmətləri sahəsində yüksək naliyyətlərə müvəffəq olmaq, ilk növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislər sayəsində baş tutması danılmaz bir faktdır.Kollektivimizin təməlini təşkil edən işçilərimiz şirkətin yarandığı gündən etibarən bizimlədirlər.
Şirkətimizdə işləyən auditorların və məsləhətçilərin peşəkar xüsusiyyətləri müvafiq milli və beynəlxalq diplom və sertifikatlarla təsdiq edilmişdir. Mütəxəssislərimiz iri aksioner cəmiyyətlərində və publik hüquqi şəxslərdə əsas fəaliyyətlə bağlı xidmətlər üzrə auditin keçirilməsi təcrübəsinə malikdirlər.
Bizim əməkdaşların yüksək peşəkarlığı, geniş sahə təcrübəsi və mükəmməl üsullardan istifadə etməsi keçirilən işlərin effektivliyinə və əmək sərfiyyatının azalmasına əhəmiyyətli dərəcədə kömək edir. Bütün bunlar xidmətlərin yüksək keyfiyyətlə və münasib qiymətlə təqdim edilməsini təmin edir.