Audit nə zaman lazımdır?
Niyə Auditə ehtiyacınız var
Keçmiş haqqında sübut olunmuş məlumatlar
Şirkət sahiblərin, səhmdarların, top menecerlərİn, işküzar həmkarların, potensial yatırımçıların, dövlət orqanların, ictimai icmaların və başka maraqlı tərəflərİn şirkətin vergi və hüquqi risklərini dəyərləndirmə baxımından keçmiş fəaliyyətləri və cari maliyyə vəziyyəti haqda aydın və tam sübut olunmuş məlumatlarına ehtiyyacları var.
3-cü tərəfin nəzərdən keçirilməsi
Beynalxalq və yerli mühasibat, audit və hüquqi standardlara əsaslanan 3-cü tərəf müstəqil baxış ilə Audit bu tipli məlumatları ilə təmin edə bilir.
Dövr və əhatə dairəsi
Audit müəyyən bir dövrü əhatə edir, xüsusi əhatə dairəsinə malikdi və bizim təcrübəli heyyət tərəfindən ardıcıl əməliyyatlar vasitəsi ilə həyata keçirilir.
Hansı standartlardan istifadə olunur?
Nəyə uyğun olaraq
Beynəlxalq və Yerli
Bizim şirkət maliyyə auditini beynalxalq və yerli standartlar əsasında həyata keçirir.
Beynəlxalq Audit Standartları (BSA)
Audit üzrə beynəlxalq standartlar (İSA) maliyyə məlumatların maliyyə auditini həyata keçirilməsi üçün peşəkar standartlarıdı. Bu standardtlar Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) tərəfindən Beynəlxalq Audit və Sertifikatlaşdırma Standartları Şurası (IAASB) vasitəsi ilə həyata keçirilir.
Auditorlar Palatası
Beynəlxalq standartlara (İSA) əsaslanan yerli standardların tətbiqi Azərbaycan respublikasının Auditorlar palatası tərəfindən həyata keçirilir.
Maliyyə auditinin mərhələləri
Auditi biz necə aparırıq
01
Auditin əhatə dairəsi
Auditin əhatə dairəsinin hüquqi tələblər, müəssisənin xüsusiyyətləri, məlumat etibarlığı, düzgün ünsiyyət, qiymətləndirmə, test, müqayisə və qərarvermə kimi bəzi aspektləri vardır.
02
Planlaşdırma və Risklərin qiymətləndirilməsi
Audit riskləri və onun ətraf mühiti, hüquqi mühit daxil olmaqla yoxlama planlaşdırması mərhələsinin vacib hissəsidir.
03
Müştərinin anlaması
Sektorun, Təşkilatın quruluşun və proseslərin başa düşülməsi auditin düzgün hazırlanmasına kömək edəcəkdir
04
Audit sübutları
Auditin icra mərhələsində audit rəyini yaratmaq üçün sübut və faktlar toplanacaqdır
05
Rəy və Hesabatlar
Auditin son mərhələsi müştərinin maliyyə vəziyyətini aydın şəklində əks etdirəcəkdi.
Azərbaycanda maliyyə auditi məcburidirmi?
Bəli, Auditor xidməti haqqında Azərbaycan respublikasının qanununun 91.4 məddəsinə əsasında “Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 91.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur.”
- Auditor xidməti haqqında Azərbaycan respublikasının qanununun 464 məddəsinin əsasında “Məcburi auditdən yayınma “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”
Tez-tez verilən suallar
Audit xidmətləri ilə bağlı bəzi ümumi suallar
Beynəlxalq Audit Standartlarına (BAS) uyğun
Azərbaycan Respublikası Auditorlar Palatası şurasının müvafiq qərarına uyğun olaraq, müştəri ilə razılaşdırılmış müqavilə əsasında.
Bəli,təqdim edirik
Ödənişsiz konsaltinq üçün müraciət edin
Sadəcə həll yolların əldə etməyə başlayın